Türkiyə Səudiyyə konsulluğunu dinləyib? - Ankaradan RƏSMİ CAVAB

 
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar səs yazılarının konsulluq binasının dinlənilməsi vasitəsilə əldə edildiyi iddiasını təkzib edib. Yeniavaz.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, H. Akar deyib ki, konsulluğun binasını dinləməkdən söhbət gedə bilməz.
 
Bununla belə, milli müdafiə naziri səs yazılarının mənbəyini açıqlamaqdan imtina edib: “Səs yazılarının qaynağını açıqlamırıq. Hazırda səs yazılarını ictimaiyyətə açıqlamırıq. Ancaq vəziyyətdən asılıdır, prokurorluğumuzun nəzarətindədir, hadisələrin inkişaf istiqamətindən asılıdır”.
 
H. Akar Türkiyənin  C. Qaşıqçı cinayətinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı təqsirkar bilib-bilməməsi məsələsində açıqlama verməkdə yayınıb: “Hazırda əlimizdə bəzi dəlillər var və bunları bir çox ölkələrlə bölüşdük. Prokurorluğumuz hadisəni hər yöndən araşdırır”.

DİGƏR XƏBƏRLƏR

Top