Bakı-Sumqayıt yolunda qəza - 1 nəfər öldü - FOTOLAR


Bu dəqiqələrdə Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəza baş verib.
Yeniavaz.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Gənclər Şəhərciyinin qarşısında baş verib.
Hələlik şəxsiyyəti müəyyən olunmayan şəxs piyadalar üçün nəzərdə tutulmayan ərazidən keçərkən 02-BK-603 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil vurularaq həyatını itirib.
Hadisə nəticəsində tıxac yaranıb. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top