Dünyanın ən baxımlı 40-cı serialı Türkiyə istehsalıdır

 
Türk serial "Şəxsiyyət", IMDb-nin (Internet Movie Database - İnternetdə filmlərin məlumat bazası) 100 ən yaxşı serial siyahısında 40-cı pillədə qərarlaşıb.
Yeniavaz.com NTV-yə istinadən xəbər verir ki, internet kanalı Puhu TV-nin populyar ekran əsərlərindən olan "Şəxsiyyət", dünyanın bütün ölkələrində çəkilən film, sənədli film, film ulduzları və seriallar haqqındakı məlumatları özündə cəmləyən onlayn internet platforması IMDb-nin indiyə qədər çəkilən ən yaxşı serialları siyahısına daxil edilib.
Baş rollarını Haluk Bilginər, Cansu Dərə, Müjdə Ar, Mətin Akdülgər və Şəbnəm Bozoklunun ifa etdiyi serial siyahıda 40-cı pillədə qərarlaşıb.
 

DİGƏR XƏBƏRLƏR

Top