Almaniya Qaşıqçı cinayətinə görə 18 nəfərə qadağa qoydu


Almaniya Səudiyyə Ərəbistanının 18 vətəndaşı üçün Şengen zonasına girişi qadağan edib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burger deyib.
Onun sözlərinə görə, səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar qadağa tətbiq edilib: “Bu işin təhqiqatında cavabdan çox sual var və cinayətin arxasında kimin dayandığı hələ məlum deyil. Bu addımlar yalnız Fransa və Böyük Britaniya ilə razılaşdırılıb”. K.Burger bəyan edib ki, qadağa qoyulanların şəxsiyyətləri barədə məlumat verə bilməz.

DİGƏR XƏBƏRLƏR

Top