“3700 illik” hamilə qadın


Misirdə arxeoloqlar tərəfindən bətnindəki uşaqla birgə basdırılmış hamilə qadına aid 3700 illik məzar aşkarlanıb.
Yeniavaz.com Türkiyənin "Sözcü" qəzetinə istinadən xəbər verir ki, “National Geographic”də yayımlanan xəbərdə, Misirin Mədəniyyət Nazirliyi, ötən həftə Asvan şəhəri yaxınlığında İtaliya və Amerika arxeoloqlarının birgə qazıntıları zamanı, hamilə olaraq basdırılan bir qadının skeletiylə, bətnində başaşağı vəziyyətdə duran uşağın qalıqlarına rast gəlindiyi bildirilib.
Nazirlik aparılan tədqiqatlarda doğum ərəfisinə girdiyi məlum olan 25 yaşındakı qadına aid olduğu ehtimal olunan skeletin, eradan əvvəl 1750-1550-ci illərdən qalma olduğunu bildirib
 

DİGƏR XƏBƏRLƏR

Top