Fazil Məmmədovdan başqa hansı tanınmışlar xəstəlikdən əziyyət çəkir? - SİYAHI


Sabiq vergilər naziri Fazil Məmmədov uzun müddət idi Türkiyədəki "Amerikan Hastahanesi"ndə müalicə olunurdu. F. Məmmədov Azərbaycana qayıdan kimi, Gəncə Beynəlxalq Hospitalına yatırılıb. Sabiq nazirin pankreatitdən əziyyət çəkdiyi bildirilir. Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Hazırda Azərbaycanda xəstəlikdən əziyyət çəkən məmurlar, deputatlar az deyil. Vəzifədə ola-ola xəstəlikdən dünyasını dəyişənlər də az olmayıb. Yeniavaz.com saytı yerli KİV-də yayılmış məlumatlar əsasında onların siyahısını təqdim edir.
 
- Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şəkər xəstəsi olduğu bildirilir.

- Uzun illər ekologiya və təbii sərvətlər naziri işləmiş Hüseyn Bağırovun da səhhətində problemlər var. 

 - Deputat Nəriman Əliyevin ürəyində ciddi problem var. Millət vəkili komaya düşmüşdü. Ürəyindən əməliyyat olunan deputatın hazırda müalicəsi davam etdirilir.
 
- Millət vəkili Yevda Abramovda onkoloji xəstəlik aşkarlanıb. Deputat bir müddət öncə İsraildə əməliyyat olunub. Hazırda müalicəsi davam edir.
 
- Deputat Vahid Əhmədovun ürəyində bir müddət əvvəl problem yaranmışdı. Millət vəkilinin ürəyinə stend qoyulduqdan sonra vəziyyəti yaxşılaşıb.
 
- Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovun ürəyində problem var.

 - Baş nazirin sabiq müavini Abid Şərifov hələ vəzifədə olarkən səhhətində problem yaranmışdı. A. Şərifov ürəyindən təcili əməliyyat olunmuşdu.

- "Azərsun holdinq" şirkətinin rəhbəri Abdulbari Gözəlin şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. O, uzun illərdir pəhriz saxlayır.
 
- "Azərbaycan Beynəlxalq Bankı"nın keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev haşimato xəstəliyindən əziyyət çəkir.
 
- Azərbaycanın sabiq Müdafiə sənayəsi naziri Yavər Camalov onkoloji xəstəlikdən əziyyət çəkirdi. Y. Camalov 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
- Azərbaycanın Energetika naziri Natiq Əliyevin ürəyində problem var idi. Ürəyinə 4 yerdən stend qoyulmasına baxmayaraq, onun səhhəti yaxşılaşmadı və Türkiyənin İstanbul şəhərindəki "American" xəstəxanasında ürəktutmasından 2017-ci il, iyun ayının 8-də dünyasını dəyişdi.

DİGƏR XƏBƏRLƏR

Top