Türkiyə ordusu Afrində əməliyyat keçirir: əhali təxliyə olunur


Azad Suriya Ordusu (ASO) Türkiyə ordusunun dəstəyi ilə Suriyanın Afrin bölgəsində “Şuheyda Şərqiyə” bandasına qarşı xüsusi əməliyyat keçirir.
Yeniavaz.com “Anadolu agentliyinə istinadla xəbər verir ki, təqribən 300 nəfərdən ibarət banda Afrində qarətlə məşğul olub və dinc əhaliyə qarşı zorakılıq tətbiq edib.
Bildirilir ki, Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatından sonra sabitliyin bərqərar edilməsinə mane olmaq üçün regionun bir sıra ölkələri bandaya dəstək verib. Buna görə də ASO və Türkiyə Silahlı Qüvvələri “Şuheyda Şərqiyə” və onun Əbu Havle ləqəbli başçısı Əbdürrəhman əl-Hüseynə qarşı əməliyyat keçirir.
Banda üzvləri Afrinin dinc sakinlərini qalxan kimi istifadə edir ki, bu da əməliyyatın keçirilmə sürətinə təsir göstərir.”Şuheyda Şərqiyə” bandasının “Həyat Təhrir əş-şan” terror təşkilatı ilə əlaqələri var. Əməliyyatla əlaqədar şəhərdə dinc əhali təxliyə edilir.  Xatırladaq ki, Türkyə ordusu və ASO martın 18-də Afrin şəhərini terrorçulardan azad edib.
 

DİGƏR XƏBƏRLƏR

Top