Türkiyədə bu məhsulun qiyməti 100 faiz bahalaşdı


Türkiyənin İzmir vilayətində ötən həftə qiyməti 2,5 türk lirəsi olan soğanın dəyəri 100 faiz bahalaşaraq bu həftə 5 lirəyə çatıb.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, soğanın topdan satışı ilə məşğul olan satıcılar deyiblər ki, yazadək yeni məhsul çıxanadək qiymət artımı davam edəcək.
Onların sözlərinə görə, gələn həftə soğanın qiyməti 7 lirəyədək bahalaşa bilər: “Soğanın qiyməti yeni ilədək 10 lirəyə çatacaq. Çünki təzə soğan ən tez mayda çıxır. Qalan 5 aylıq müddətdə dövlət tədbir görməsə, soğanla bağlı vəziyyət çox mürəkkəb olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top