
Hollandiyanın Roterdam şəhərindəki muzeydən 6 il əvvəl oğurlanan Pikassonun müəllifi olduğu "Harlequin başı" adlı rəsm əsəri Rumıniyada basdırılmış halda tapılıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, 6 il əvvəl bununla yanaşı 6 qiymətli incəsənət əsəri daha oğurlanmışdı.
Rumın polisi, Pikassonun 800 min avro dəyərindəki əsərini meşədə torpağa basdırılmış halda tapdığını bildirib.
Prokurorluqdan verilən məlumata görə, tapılan əsərin bir neçə gün ərzində orjinallığı təsdiqlənəcək.
Tətbiqimizi yükləyə bilərsiniz