Bakıya Türkiyədən 300 sərnişin avtobusu gətiriləcək


Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) ) 300 ədəd avtobusun tədarükçüsünü seçib. Bu barədə BNA-dan məlumat verilib. 300 ədəd avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi Türkiyənin "BMC Otomativ Sanaye ve Ticaret A.S." şirkəti olub. 2018-ci il oktyabr ayının 23-də şirkətlə müqavilə bağlanılıb", - deyə məlumatda bildirilir. Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

DİGƏR XƏBƏRLƏR

Top