Rahib kilsəni qarət edib


Almaniyanın Saksoniya Anxalt əyalətinin Balenstad şəhərindəki bir kilsənin rahibi, kilsənin kassasından 120 min avro oğurlayıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, katolik kilsəsi rahibi Bernard Qavlita, polisə, kilsədən 120 min avro oğurladığını etiraf edib. B. Qavlita internet dələduzlarının toruna düşdüyü üçün buna məcbur qaldığını bildirib. Maqdeburq Yepiskopu Gerard Fige rahibi vəzifəsindən azad edərək, “heç kim kilsənin vəsaitlərindən şəxsi mənafeyi üçün istifadə edə bilməz” deyib. 

DİGƏR XƏBƏRLƏR

Top