Abel Məhərrəmovdan başqa hansı tanınmışların şadlıq evi var? - SİYAHI

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun kontrabanda yolu ilə ölkəyə içki gətirməsi barədə iddialar gündəmdən düşmür. İddialara görə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılırmış. Sonra isə ispan şərabı adı ilə Abel Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda satılırmış. Abel Məhərrəmova məxsus bir neçə şadlıq evi və restoranın olduğu iddia edilir.
Baş vermiş bu hadisə restoran və şadlıq evi olan tanınmışlar mövzusunu da gündəmə gətirib.
Onların arasında hazırda vəzifədə olanlar da var, işdən çıxarılanlar da, şou-biznesdə təmsil olunanlar da. Yeniavaz.com saytı müxtəlif vaxtlarda KİV-də yayılmış məlumatlara əsasən, onların siyahısını təqdim edir.

- Bakının Nərimanov rayonunda yerləşən "Mona Liza" şadlıq sarayının Abel Məhərrəmova məxsus olduğu bildirilir. 

- Bakının Yasamal rayonunda yerləşən "Karvan" şadlıq sarayı sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

- Neftçala rayonundakı "Dördlər" şadlıq sarayının deputat Fəzail Ağamalıya məxsus olduğu deyilir.

- General, millət vəkili Əliağa Hüseynovun da şadlıq evinin olduğu barədə mətbuatda məlumatlar tirajlanıb.

- "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı "Hollivud", "Siyaqut", "Flaminqo",  "Prins" şadlıq evlərinin ona aid olduğunu açıqlayıb.

- Bakının ən məşhur şadlıq evlərindən biri - "Sarı gəlin" Sabunçu rayonunun icra başçısı Adil Vəliyevindir. A. Vəliyev özü 2012-ci ildə icra başçısı təyinatı aldıqdan sonra mətbuata açıqlamasında bunu təsdiq etmişdi. İcra başçısının biznesini hazırda oğlu idarə edir.

- Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun Bakıda restoranı var.

- Müğənni Elçin də şadlıq evi olanlar arasındadır. "Niel" şadlıq sarayı ona məxsusdur.

- Bakının "Kubinka" ərazisində Tahir və Cabir İmanov qardaşlarına məxsus restoran olub. "Planet Parni iz Baku Üçkünc Pivə" adlanan restoran sonradan sökülüb.

DİGƏR XƏBƏRLƏR

Top