Bu ərazilərdə 4 gün işıq fasilələrlə veriləcək


Noyabrın 19-dan 23-dək bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Buna səbəb Abşeron rayonu Bağlar ETSİ-nin  xidmət ərazisi olan Məhəmmədi kəndinin  elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi daşıyı.

Bu səbəbdən də Zabrat – Məhəmmədi,  yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün  19 noyabrdan 23 noyabra qədər bəzi ərazilərdə elektrik enerjisi verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.
(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top