Qırğızıstanda tanınmış prokuror qətlə yetirilib


Qırğızıstanda prokuror qətlə yetirilib. Yeniavaz.com saytı xarici KİV-ə istinadən xəbər verir ki, öldürülən şəxs Batken vilayətinin prokuroru olub. 
Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu barədə rəsmi məlumat yayıb. 
Bildirilib ki, Anarbay Mamajakıkov 2018-ci ilin may ayında bu vilayətə prokuror təyin edilmişdi.
Qətlin törədilməsində əli olduğu ehtimal edilən bir nəfər saxlanılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top