Cəmil Həsənli Səbail Rayon Polisin İdarəsindən buraxılıb


Noyabrın 17-si saat 23 radələrində Milli Şuranın sədri Cəmil Həsənli Səbail Rayon Polisin İdarəsindən buraxılıb.

Bu barədə sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) nümayəndələri məlumat yayıblar.

C.Həsənlinin sözlərinə görə, əvvəlcə onlar Əli Kərimli ilə bir otaqda olublar. Sonra Ə.Kərimlini başqa otağa keçiriblər. Onun ardınca Cəmil Həsənlini də ora aparıblar.  Saat 22:10 radələrində C.Həsənlini yenidən başqa otağa keçiriblər və sonra buraxıblar.

Cəmil Həsənlinin sözlərinə görə, polisdə onlara normal münasibət olub.

Xatırladaq ki, noyabrın 17-də AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və onların bir qrup tərəfdarı saxlanılmışdılar. Müxalifətçilərin saxlanılmasına səbəb onların Bakının küçələrində icazəsiz  təntənəli yürüş təşkil etməyə cəhd göstərmələri olmuşdu. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top