Rusiyadan Ermənistana gedən 600-ə yaxın maşın yolda qalıb


Rusiyadan Ermənistan gedən 600-ə yaxın avtomobil Rusiya-Gürcüstan sərhədində qalıb.

Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Gürcüstanla Rusiya arasında olan yeganə Stepandsminda–Lars magistralında güclü qar yağması, yolların buz bağlaması və dağlarda qar uçqunu səbəbindən bütün növ avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu səbəbdən də Rusiyadan Ermənistana gedən 400-dən çox minik və 150-dən çox yük və yedəkli yük maşını sərhəddə qalıb.

Yolun nə zaman açılacağı isə hələlik məlum deyil.(AzərTAc)

DİGƏR XƏBƏRLƏR

Top