Avtomobilinizin hava kanallarından biri isti, digəri soyuq hava vurursa bu XƏBƏRİ İZLƏYİN


Avtomobil kondisionerinin hava kanallarından biri isti, digəri isə soyuq hava üfürür. Havaların soyuması ilə əksər sürücülər bu problemlə qarşılaşırlar. Sürücülər deyirlər ki, əksər hallarda fəsil dəyişdikdə kondisonerin qış rejimində işləməsində problemlər yaranır. Xüsusilə də uzun müddət soyuq rejimdə işləyən kondisioneri qış rejiminə keçirdikdə isti hava əvəzinə soyuq hava üfürür.

Avtomobil ustası Sahil Ağabəyovun sözlərinə görə, bu problemin əsas səbəbi kondisionerdə olan boruların tutulmasıdır ki, bu da vaxtında aradan qaldırılmasa, sürücünü daha çox xərcə sala bilər.

Sahil Ağabəyov deyir ki, bu problemlə qarşılaşan sürücülər üçün müvəqqəti çıxış yolu da var.

Ustalar onu da deyirlər ki, ümumiyyətlə belə problemlə qarşılaşmamaq üçün avtomobilin antifriz adlanan mayesini vaxtında dəyişmək lazımdır. Bundan əlavə, ayda bir dəfə bir neçə dəqiqəlik qış aylarında kondisioneri yay rejimində, yay aylarında isə əksinə, qış rejimində işlətmək tövsiyyə olunur.(XəzərTv)

DİGƏR XƏBƏRLƏR

Top