ABŞ Güləni Türkiyəyə təhvil verməyəcək


ABŞ prezidenti Donald Tramp, Fəthullah Gülənin Türkiyəyə təhvil verilməsinin gündəmlərində olmadığını açıqlayıb. Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, bundan öncə Amerikanın "NBC News" telekanalı Tramp hökumətinin Fəthullah Gülənin Türkiyəyə verilməsinin mümkün hüquqi aspektlərini öyrəndiyini iddia etmişdi. Həmçinin xəbərdə o da bildirilmişdi ki, Tramp jurnalist Camal Qaşıqçının qətlindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sakitləşdirmək və Səudiyyə Ərəbistan hökuməti üzərindəki təzyiqləri yumuşaltmaq istəyir.

DİGƏR XƏBƏRLƏR

Top