Azərbaycanda minik avtomobillərinin istehsalı 20 dəfə artıb


Bu ilin yanvar-oktyabr aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 milyon manatlıq məhsul istehsal edilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 26,5 dəfə artıb, maşın və avadanlıqların istehsalı 17,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalıb. Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 1 220 ədəd traktor, 610 ədəd minik avtomobili istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 9,6%, minik avtomobillərinin istehsalı isə 20,2 dəfə artıb.
 

DİGƏR XƏBƏRLƏR

Top