Paşinyan: Lukaşenko və Nazarbayevdən izahat tələb edəcəyəm

 
Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi üzrə verdikləri bəyanatlara görə Belarus və Qazaxıstan prezidentləri Aleksandr Lukaşenko və Nursultan Nazarbayevdən izahat tələb etmyə hazırlaşır. Yeniavaz.com “Sputnik Ermənistan saytına istinadla xəbər verir ki, N. Paşinyan bildirib ki, təkcə Belarus Prezidentindən izahat tələb etməycək. O bildirib: “Qazaxıstan Prezidenti də razılaşmalarımızla ziddiyət təşkil edən bəyanatlarla çıxış edib: “O, bağlı qapılar arxasında keçirilmiş iclasdan sonra Belarus nümayəndəsinin KTMT-nin yeni baş katibi təyin ediləcəyi barədə bəyanat verib”. N. Paşinyan KTMT-nin iş prinsipindən danışaraq qeyd edib: “Heç kəsin bu bəyanatlarla çıxış etmək haqqı yoxdur, çünki KTMT-də qərar konsensuz prinsipi üzrə qəbul olunur, biz isə bu məsələ üzrə öz mövqeyimizi artıq bəyan etmişik. Biz KTMT-də öz mövqeyimizi inamla təmsil etməliyik.  
 

DİGƏR XƏBƏRLƏR

Top