İşsizlik müavinatı alanların sayı kəskin azalıb


Bu il noyabrın ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 33 min 876 nəfər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, rəsmi işsiz statusu verilən şəxslərin cəmi 3,3%-i və ya 1119 nəfərinə işsizlikdən sığorta ödənişi edilib.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə işsizlərin sayı 8,1% və ya 2 min 989 nəfər, işsizlik müavinatı alanların sayı isə 4,8 dəfə və ya 4252 nəfər azalıb.
Qeyd edək ki, onların 37,4 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 215,8 manat olub.
 

DİGƏR XƏBƏRLƏR

Top