Büdcənin gəlirləri xərclərindən çox olub - 427 milyon manat


Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 18 milyard 196,9 milyon manat, xərcləri 17 milyard 769,9 milyon manat təşkil edib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, büdcənin icrasında 427 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,7 faizi qədər profisit yaranıb.
Məlumatlarda qeyd olunur ki, bu ilin yanvar-sentyabr aylarında daxilolmaların 19,7 faizi əlavə dəyər vergisi, 10,8 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,6 faizi fiziki şəxslərin gəlir vergisi, 3,4 faizi aksizlər, 2,1 faizi sadələşdirilmiş vergi, 0,8 faizi əmlak vergisi, 1,3 faizi vergilərin digər növləri, 52,3 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 33,2 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 17 faizi ümumi dövlət xidmətləri, 12 faizi sosial müdafiə və sosial təminat sahələrinin, 11,6 faizi təhsil və səhiyyə, 26,2 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

DİGƏR XƏBƏRLƏR

Top