Şimali Koreya daha bir ABŞ vətəndaşını azad edib


Şimali Koreya daha bir Amerika vətəndaşını azad edib.

Bu barədə cümə günü ABŞ-ın dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.

"Birləşmiş Ştatlar Amerika vətəndaşının azad edilməsində göstərdiyi əməkdaşlığa görə KXDR-ə və köməkliyə görə İsveç səfirliyinə minnətdardır", - deyə Pompeonun yazılı bəyanatında qeyd olunub.

İsveç Vaşinqton və Pxenyan arasında diplomatik münasibətlər olmadığı üçün KXDR-də ABŞ-ın maraqlarını təmsil edir.

Bundan əvvəl KXDR 200 Amerika hərbçisinin qalığını ABŞ-a qaytarıb.(Report)

DİGƏR XƏBƏRLƏR

Top