Tramp Ərdoğanla Qaşıqçı məsələsini müzakirə ediblər


Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçıları səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı söhbət ediblər. Bundan əlavə prezidentlər Suriya məsələsini və iki ölkə arasındakı əlaqələri müzakirə ediblər. 

Ərdoğan Trampa Kaliforniyada meşə yanğınları nəticəsində həyatını itirənlə görə başsağlığı verib.

DİGƏR XƏBƏRLƏR

Top