Baş nazir: Avropa ABŞ-sız özünü müdafiə edə bilməz

 
Avropa ABŞ olmadan özünü müdafiə edə bilməz. Yeniavaz.com “Euronews” telekanalına istinadla xəbər verir ki, bunu Hollandiyanın Baş naziri Mark Rutte Avropa ordusunun qurulmasına dair məsələyə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, Avropa ordusu real deyil: “Avropa ordusu düşüncəsi Avropanın özünü müdafiə edə biləcəyi anlamına gəlir, lakin Avropa hazırda ABŞ-ın köməyi olmadan özünü müdafiə edə bilməz. Dünyada və Avropada son illər təhlükəsizlik vəziyyəti nəzərə alınsa, Avropanın özünü müdafiə etməsi mümkünsüzdür. Digər tərəfdən Avropada tarazlığın qorunması ABŞ üçün də vacibdir”.
 
M.Rutte qeyd edib ki, Avropa ordusu təhlükəsizlik strategiyalarına cavab vermir: “Ölkələrin milli suverenliyi başqasına həvalə edilməyəcək. Avropa ordusu ağıllı düşüncə deyil. Belə təklif gəlsə, ona qarşı çıxacağam və səhv olduğunu müdafiə edəcəyəm. Hollandiyanın təhlükəsizlik siyasəti baxımından NATO önəm kəsb edir”.

DİGƏR XƏBƏRLƏR

Top