Tramp prokurorun suallarını cavablandırdı: mənə vəkil lazım deyil

 
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, xüsusi prokuror Robert Müllerin Rusiyanın Amerika seçkilərinə müdaxiləsi işi üzrə yazılı suallarına cavab verib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Amerika liderinin sözlərinə görə, R. Müllerin suallarına cavabları vəkilləri deyil, şəxsən özü hazırlayıb.
 
D.Tramp bildirib: “Mənim vəkillərim bunun üzərində işləmirlər, cavabları mən yazıram. Mən indicə cavablar üzərində işi qurtardım, biz onları hələ xüsusi prokurora göndərməmişik. Bu mənim cavablarımıydı, buna cavab vermək üçün mənə vəkillər lazım deyil. Çox çətin suallar deyildi”.

DİGƏR XƏBƏRLƏR

Top