Prezident təhsillə bağlı mühüm sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Təhsil Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, habelə Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. 

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top