Məmurun avtomobillə vurduğu şəxs öldü


Ağdaş-Ləki avtomobil yolunun Nehrəxəlil kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, Ağdaş rayon sakini, Ağdaş rayon İcra Hakimiyyətinin Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 1981-ci il təvəllüdlü Alıyev Osman Rafik oğlu idarə etdiyi VAZ-2103 markalı 03-BB-908 dövlət nömrə nişanlı avtomobillə, 1971-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Nehrəxəlil kəndində yaşayan Səmədov Elşən Əhmədiyyə oğlunu vurmuşdur. Zərərçəkən Ağdaş Mərkəzi rayon Xəstəxanasına çatıdırılsa da aldığı xəsarətdən dünyasını dəyişmişdir.

Pərviz Əliyev, Ağdaş
 

DİGƏR XƏBƏRLƏR

Top