
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının damında, ümumi sahəsi 9 m² olan texniki otaqda liftin mühərriki yanıb.
Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, yanğın yanğın bölmələri çatana kimi sakinlər tərəfindən söndürülüb.
Liftdə köməksiz vəziyyətdə qalmış 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Əməliyyat başa çatıb.