21 gün enerji saxlayan mobil telefon


Finlandiyanın “Nokia” brendi altında mobil qurğular istehsal edən “HMD Global” şirkəti yeni, düyməli “Nokia 106” telefonunu təqdim edib.
Yeniavaz.com RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkət nümayəndəsi Yuho Sarvikas öz “Twitter” səhifəsində yazıb.
Bildirilir ki, “Nokia 106” istifadəçiləri bu qurğudan təqribən 16 saat danışıq, 21 gün isə gözləmə rejimində yararlana biləcəklər.
Qurğuda enerji yığmaq üçün micro-USB-portu da var.
İstehsalçıların sözlərinə görə, yeni məhsulun xüsusi dizaynı cızıqları daha az nəzərəçarpan edəcək.
Displeyin diaqonalı 1,8 düym (təqribən 4,5 santimetr) təşkil edəcək. Telefon iki SIM-kart və 4 meqabaytlıq operativ yaddaşlı MTK 6261D prosessoru ilə təchiz edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top