Ana qızını telefonda oyun oynayır deyə öldürdü


Çində 29 yaşlı qadın ibtidai sinifdə oxuyan qızını telefonda çox oyun oynaydığına görə öldürüb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Qao adlı qadın polisə verdiyi izahatda qızı ilə, telefonda çox oyun oynadığı üçün mübahisə etdiyini və bundan sonra mətbəxdən dəhrəni alıb qızın biləyinə zərbə endirdiyini bildirib. Daha sonra məlum olub ki, qız qaçmağa çalışarkən qadın onu tutub və boğub.
Ana qızını öldürdükdən sonra polisə təslim olub. Qəsdən adam öldürmə ilə günahlandırılır.
Səlahiyyətli şəxslər qızın uzun müddətdir ki, anası ilə yaşadığını, atasının isə şəhərdən uzaqda işlədiyini və hadisə zamanı evdə olmadığını bildiriblər.
Maraqlısı budur ki, cütlük 1 il əvvəl boşansa da “qızlarının gələcəyi üçün” yenidən evlənib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top