“Biz ölkədə istehsal olunan şərabın minimum qiymətini müəyyənləşdirməliyik”.
Bu təkliflə deputat Musa Quliyev parlamentdə komitə iclasında bildirib.
Onun sözlərinə görə, bizim bir sıra rayonlarda gözəl şərab zavodlarımız var: “Onların mütəxəssisləri deyir ki, bizdə şərabın maya dəyəri 5-6 manata başa gəlir. Bir də görürsən ki, bizim markanın adı altında hansısa şadlıq evlərində həmin şərab 3 manata qoyulur. Hansı ki, o şərablar həmin şadlıq evinin zirzəmisində hazırlanır. Bu mənada minimum onlara qiymət qoymaq lazımdır ki, həmin zavodlar normal şərablarını sata bilsinlər. Bu zaman büdcəyə vergi ayırmaları da artacaq”.
İclasda həmçinin bir sıra deputatlar tərəfindən alkoqullu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin miqdarının həcminin artırılması da təklif edilib. (Report)