Kaliforniyada yanğında 600 nəfər itib


ABŞ-ın şimalındakı Kaliforniya ştatında meşə yanğını nəticəsində itkin düşənlərin sayı 631 nəfərə çatıb, 63 nəfərin öldüyü məlumdur.
Yeniavaz.com CNN telekanalına istinadla xəbər verir ki, yerləri məlum olmayan insanların siyahısına yüzlərlə yeni insanın adı əlavə olunub.
Yanğınsöndürənlər yanğının məhv etdiyi Paradays, Maqaliya və Konkau şəhərilərini yoxlayanda itkin düşənlərinin sayının daha çox olduğu üzə çıxıb. Axtarılanların sayı daim dəyişir – kimsə özünün yerini deyir, kimsə isə yanmış qalıqlar əsasında tanınır.   
Ötən gün yanmış maşınlarda və dağılmış evlərdə yeddi yeni cəsəd tapıblar, həkimlər onların identifikasiyası ilə məşğul olurlar. Qeyd edək ki, “Camp Fire” yanğını ştatın tarixində ən ölümcül və dağıdıcı olub. Yanğın 11,8 min tikilini məhv edib. Yanmış sahə 650 kvadratkilometrdən artıq sahəni əhatə edib. 52 min sakin təxliyə edilib. 
 

DİGƏR XƏBƏRLƏR

Top