Pişiklərin incəsənət marağı - FOTO


Yaponiyanın Onomiçi şəhərində 2 pişik, iki ildir ki, hər gün incəsənət muzeyinin qarşısında gözləyərək içəri girməyə çalışır.
Yeniavaz.com xarici mətbuata istinadən bildirir ki, Ken-çan adlı qara pişik ilk dəfə 2016-cı ildə pişik şəkillərinin sərgiləndiyi bir sərgidə içəri zala daxil olmağa çalışıb.
Bir ildən sonar isə o, muzey əməkdaşlarının Qo-çan adını verdiyi sarı pişiklə gəlməyə başlayıb.
Pişiklər bir müddətdən sonra onları muzeyə buraxmayan muhafizəçilərlə dostlaşıb. Bu dostluğun video və şəkilləri sosial şəbəkələrdə də böyük marağa səbəb olub. Bəzi istifadəçilər artıq muzey rəhbərliyinin pişiklərə içəri girmələri üçün icazə verməli olduğunu fikirləşir. Çünki sosial şəbəkələrdə 45 min izləyicisi olan muzey, pişiklərin hədiyyəlik oyuncaqlarını satmağa başlayıb.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top