
Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı deyib ki, Kuril silsiləsinin iki cənub adası Yaponiyaya veriləcəyi təqdirdə, həmin ərazilərdə ABŞ-ın hərbi bazaları yerləşdirilməyəcək.
Yeniavaz.com “Life.ru” portalına istinadla xəbər verir ki, V. Putinlə danışıqlar zamanı Yaponiyanın Baş naziri Rusiya ilə sülh müqaviləsinin müzakirəsini davam etdirməyə hazır olduğunu deyib.
S.Abe bu sözləri ilə iki ölkə arasında ərazi məsələsi və sülh müqaviləsinin müzakirəsini davam etdirmək arzusunu təsdiq edib. Baş nazir, həmçinin qeyd edib ki, ABŞ ilə təhlükəsizlik haqqında müqavilə Amerikaya Tokionun razılığı olmadan Yaponiyanın ərazisində öz hərbi bazalarını yerləşdirməyə imkan vermir.
Xatırladaq ki, Rusiya və Yaponiya ötən əsrin ortalarından sülh müqaviləsi üzərində işləyirlər. Əsas maneə dörd cənub Kuril adalarının mənsubiyyəti ilə bağlı məsələdir.
Tətbiqimizi yükləyə bilərsiniz