İtirilmiş şəhər Atlantida tapılıbmı?

 
Bir qrup britaniyalı tarixçi itirilmiş şəhər Atlantidanın nəhayət ki, tapılmış ola biləcəyini iddia edir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspaniyada dənizin içində olan bir ərazinin kosmosdan çəkilən şəkilləri araşdırılıb. Araşdırmalar nəticəsində ərazinin itirilmiş şəhər Atlantida ola biləcəyinə dair tapıntılar əldə olunub.
Elm adamlarının fikrincə arxeoloqların itirilmiş şəhəri tapdıqlarını iddia etdikləri ərazidə, romalılar və qədim yunanlılar tərəfindən inşa edildiyi ehtimal edilən abidələr də tapılıb. İspaniyanın Kadiz şəhəri yaxınlığında çəkilən fotoları britaniyalı elm adamları araşdırır.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top