İtaliyanın borcu rekordlar qırır: trilyonlarla avro

 
İtaliyanın dövlət borcunun miqdarı artmaqda davam edir, bu ilin sentyabrında borc yeni rekord qıraraq 2,331 trilyon avroya çatıb. Yeniavaz.com “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliya Mərkəzi Bankının hesabatında deyilir.
 
Hesabata əsasən, inişilki ay suveren borcun həcmi avqust ayı ilə müqayisədə 4,7 milyard avro artıb. Bu hər şeydən əvvəl mərkəzi dövlət administrasiyasının xərclərinin çoxalması hesabına baş verib. Xərclər 4,8 milyard avro artdığı halda, dövriyyədə olan nağd pulların kütləsi azalıb.
 
Qeyd edək ki, İtaliya dövlət borcunun ÜDM-ə nisbəti üzrə böyüklüyünə görə Avropa İttifaqında Yunanıstandan sonra ikinci yeri tutur. 2017-ci ildə bu göstərici 131,2% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top