Karlov cinayəti ilə bağlı istintaq yekunlaşıb


Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli işi üzrə istintaq başa çatıb. Yeniavaz.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ittiham aktı Ankara prokurorluğa təqdim edilib. Akt təsdiqlənəcəyi halda iş məhkəməyə göndəriləcək.

Xatırladaq ki, A.Karlov 2016-cı ilin 19 dekabr tarixində Ankarada keçirilən sərgidə polis əməkdaşı Mövlud Altıntaş tərəfindən güllənərək qətlə yetirilib. Təhlükəsizlik orqanlarının əməliyyatı zamanı təslim olmayan qatil zərərsizləşdirilib.

Cinayət işi ilə bağlı aralarında keçmiş polis əməkdaşları olmaqla 9 nəfər həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top