Bu dəfə Putinin gecikməsini ona bağışlamadılar


Rusiya Prezidenti Vladimir Putin gecikdiyinə görə Sinqapurun Baş naziri Li Syan Lun onunla görüşü ləğv edib. Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, bu, Rusiya Prezidentinin Sinqapura səfərinin ilk günü baş verib.
Yekunda V. Putin bir gün sonra – noyabrın 14-də Sinqapurun Baş naziri ilə görüşə bilib. Məsələ ilə bağlı rəsmi məlumat hələ verilməyib.
Xatırladaq ki, V. Putin bir neçə dəfə rəsmi görüşlərə gecikib. Sonuncu belə hal Parisdə I Dünya müharibəsinin başa çatması ilə bağlı keçirilən tədbir çərçivəsində baş verib.

DİGƏR XƏBƏRLƏR

Top