Xarici ticarət dövriyyəsi 9,2 milyard dollar artıb


Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 25 milyard 223 milyon 871 min dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2017-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 57,5% və ya 9 milyard 211 milyon dollar artıb.
İdxal əməliyyatları üzrə 9 milyard 252,5 milyon dollar, ixrac əməliyyatları üzrə 15 milyard 971,3 milyon dollar ticarət həcmi qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 32,9%, ixrac 76,4% artıb
2018-ci ilin ilk 10 ayında ayında ticarət dövriyyəsində 6,7 milyard dollarlıq müsbət saldo yaranıb.  
 

DİGƏR XƏBƏRLƏR

Top