
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 19 min 336 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 11 min 334 ədəd və yaxud 2,4 dəfə çoxdur.
Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin idxalı 10 min 247 ədəd və yaxud 2,4 dəfə artaraq 17 min 345-ə yüksəlib.
Bundan başqa ilk 10 ay ərzində 179 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1722 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 90 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Tətbiqimizi yükləyə bilərsiniz