
Meksikanın ən yüksək nöqtəsində - dağın başında tapılan cəsədlərin 59 il idir axtarışda olan 3 dosta aid olduğu müəyyənləşib. Yeniavaz.com xəbər verir ki, onların cəsədi Pico de Orizaba vulkanının yaxınlığında tapılıb. Buzlar arasında qalmış cəsədlərin 3 alpinistə aid olduğu bildirilirdi.
Aparılan DNA testləri nəticəsində onların kimliyi məlum olub - Enrique Garcia Romero, Juan Espinosa Camargo və Manuel Campos Reyesten.
Cəsədlər tapılarkən onların kimlikləri tam olaraq bəlli deyildi.
81 yaşlı alpinist Luis Espinosa mətbuatda bu barədə xəbər yayılandan sonra cəsədlərin 3 dostuna aid olduğunu söyləmişdi.
Lakin əldə əsas olmadığından 81 yaşlı alpinistin dediklərinə inanan az idi.
Bütün bunlara baxmayaraq, L. Espinosa həvəsdən düşmür və dövlət qurumlarına DNA testlərinin aparılması barədə davamlı müraciətlər ünvanlayır.
Nəhayət, 3 il sonra aparılan DNA testləri onun sözlərinin doğru olduğunu təsdiqləyib.
Alpinistlər 1959-cu ildə dağa dırmanan zaman qar uçqununun altında qalıblarmış.
Luis Espinos dəfələrlə mətbuata açıqlamasında dostlarından birini əynindəki geyimdən və barmağındakı üzükdən tanıdığını demişdi.