Həzrəti İsanın 1500 illik portreti tapılıb


İsrailin Nakab səhrasında bizanslılardan qalma kilisənin divarında Həzrəti İsanın portreti tapılıb. Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, portretin Şivata kəndində VI əsrdə çəkildiyi ehtimal olunur. Hayfa univeristetinin tarixçiləri və arxeoloqları tərəfindən tədqiq edilən portretdə Hz. İsanın üzü və qısa qıvrım saçları aydın bir şəkildə bəlli olur. İncəsənət tarixçiləri, qısa saçlı ikonoqrafik təsvirlərin Misir və Fələstində çox yayıldığını, oradan da bizanslılara keçdiyini deyirlər. Kembric univeristetinin tədqiqatçıları portretin, Hz. İsanın qərbdəki təsvirlərinin əksinə uzunsifət, uzun burunlu və qısa saçlı təsvir olunduğunu deyirlər. Kəşf, tarixçilər arasında “qədim Fələstindəki heyrətamiz arxeoloji kəşf” deyə qəbul edilib. İsrailin “Haertz” informasiya agentliyi kəşfi öz rəsmi Twitter səhifəsində paylaşıb. 

DİGƏR XƏBƏRLƏR

Top