Qaşıqçı cinayətinə görə 21 nəfər saxlanıldı: 5 nəfəri edam cəzası gözləyir


 Səudiyyə Ərəbistanında jurnalist Camal Qaşıqçının qətlinə dair iş üzrə 21 şübhəli saxlanılıb. Yeniavaz.com TASS agentlyinə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının baş prokurorunun rəsmi nümayəndəsi Şalan əş-Şalan məlumat verib. Onun sözlərinə görə, Baş Prokurorluq jurnalistin qətlində günahkar olanlara ölüm cəzası istəyəcək: “Qaşıqçını öldürmək əmri verən və bunu icra etməkdə ittiham olunan 5 nəfər üçün edam cəzası tələb edəcəyik. Qalanlarını şəriət cəzası gözləyir. Qətllə bağlantılarının olmasına görə 11 nəfərə qarşı ittiham sürülüb. Araşdırma çərçivəsində ümumilikdə 21 nəfər saxlanılıb”. Baş Prokurorluq təsdiq edib ki, C. Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbul Baş Kosulluğunun binasında öldürülüb, sonra onun cəsədi parçalanaraq diplomatik kompleksdən kənara çıxarılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top