“Brexit” daha bir naziri işsiz qoydu


Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Dominik Raab “Twitter” səhifəsində istefa verdiyini açıqlayıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, o, Avropa İttifaqı ilə “Brexit”in şərtləri haqqında sazişlə bağlı məsələlərlə razı olmadığına görə bu addımı atdığını deyib.
O bildirib: “Bu gün mən Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə nazir postundan istefa verdim. Mən Aİ ilə sazişimiz üçün təklif edikən şərtləri könüllü dəstəkləyə bilmərəm”.
Daha əvvəl Şimali İrlandiya ilə işlər üzrə britaniyalı nazir istefa ərizəsini Baş nazir Tereza Meyə göndərib.

DİGƏR XƏBƏRLƏR

Top