
Alimlər bizim günəş sisteminə ən yaxın ulduzlardan birinin ətrafında yeni planet aşkarlayıblar. Bu planetə “Bernard Ulduzu b” adı verilib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Bernard Ulduzunun ətrafındakı yeni planetin kütləsi Yerin kütləsindən 3,2 dəfə çoxdur.
Bernard Ulduzu Yerdən altı işıq ili (təxminən 57 trilyon kilometr) məsafədədir.
Kainatda canlılar aləminin mövcud ola biləcəyi başqa planetlərin də öyrənilməsi üçün Yer planetinə yaxın ulduzların araşdırılması mühüm əhəmiyyət daşııyır. Çünki, bu planetlərin müasir super teleskoplarla öyrənilməsinin mümkün olduğu bildirilir.