Kadırov 5 yaşlı uşağa “Mercedes” hədiyyə etdi


Çeçenistanın başçısı Ramzan Kadırov 2 saat 26 dəqiqə ərzində 4 min dəfədən çox jim edən 5 yaşlı oğlan uşağına ağ rəngli “Mercedes” avtomobili hədiyyə edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, R. Kadırov uşaqla görüşərək ona hədiyyəni təqdim edib. O bildirib: “Bu maşını sənə Əhməd Hacı Qadırov adına xeyriyyə fondunun prezidenti Aymani Kadırova verib, qoy, atan səni o maşında gəzdirsin, sən ağ “Mecedes”də gəzməyə layiqsən”. Xatırladaq ki, 5 yaşlı Rəhim Kuriyev 2 saat 26 dəqiqə ərzində fasilə vermədən 4105 dəfə jim edib.
 

DİGƏR XƏBƏRLƏR

Top