“Bitkoin”dən antirekord: bu il ən aşağı səviyyəyə düşdü


 “Bitkoin”in məzənnəsi 10%-dən çox aşağı düşərək 2018-ci ilin yeni minimum səviyyəsinə enib. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, “bitkoin”nin məzənnəsi noyabrın 14-də psixoloji hədd olan 6 min dollardan aşağı düşərək 5,754 min dollara çatıb.
 
Ekspertlərin fikrincə, “bitkoin”nin məzənnəsi ilin sonunadək 5,3-5,2 min dollaradək ucuzlaşa bilər. “Bitkoin”nin kursu 2017-ci ilin dekabrında tarixi maksimum səviyyəyə (təqribən 20 min dollar) yaxınlaşıb. Lakin 2018-ci ilin əvvəlində kriptovalyuta bazarında durğunluq başlayıb. Yalnız iyulun ikinci yarısından etibarən aktiv şəkildə artan “bitkoin”in məzənnəsi 7,8 min dollara yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top