Türkiyədən Qaçıqçı cinayəti ilə bağlı yeni təklif

 
Səudiyyəli jurnalist Camal Qaşıqçının qətlinə dair iş üzrə beynəlxalq təhqiqat aparmaq lazımdır. Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
Onun sözlərinə görə, Türkiyə maraqlı tərəflərə sərəncamında olan bütüm məlumatları və dəlilləri təqdim edib: “Biz görürük ki, indi beynəlxalq araşdırma aparılmalıdır. Biz dəlilləri görmək istəyən hər kəsə onları vermişik, heç nə uydurmuruq. Həqiqətə nail olmaq üçün lazım olan hər şeyi edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top