ABŞ ordusunun təyyarəsi qəzaya uğradı: ölən var


ABŞ Hərbi Hava Qüvvələrinin ikiyerlik təlim təyyarəsi “T-38 Talon” ABŞ-da qəzaya uğrayıb.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bunu Texas ştatındakı Laflin aviabazasının leytenantı Maykl Makqann deyib.
Onun sözlərinə görə, pilotlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib. Təyyarə Texas ştatının Del-Rio şəhəri yaxınlığındakı Laflin aviabazası ətrafında düşüb. Qəzanın səbəbləri barədə məlumat verilmir. Bu, cari il “T-38 Talon” təyyarələrinin iştirakı ilə baş vermiş sayca beşinci insidentdir.
 

DİGƏR XƏBƏRLƏR

Top